Bakıda ağacları kəsənlər 5000 manat məbləğində cərimələniblər

Bakıda ağacları kəsənlər 5000 manat məbləğində cərimələniblər Bakı. 2 iyul. REPORT.AZ/ Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması yoxlamaq məqsədilə reyd keçirilib.
Ekologiya
2 İyul , 2018 11:20
Bakıda ağacları kəsənlər 5000 manat məbləğində cərimələniblər
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması yoxlamaq məqsədilə reyd keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanında diametri 4-8 sm olan 2 Aylant və diametri 10 sm olan 1 söyüd ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacları Bakı şəhər sakini Orduxan Bəylərov tərəfindən kəsildiyi və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə olunub.

Eyni zamanda Suraxanı rayonu, A-B yaşayış massivində ağac köçürülməsi faktı aşkar edilib. Araşdırma zamanı Eldar şamı ağacının Bakı şəhər sakini Sənan Rəhimov tərəfindən Dövlət Ekspertiza İdarəsinin müvafiq rəyi olmadan qanunsuz köçürüldüyü və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub.

Son xəbərlər

Orphus sistemi