Bakıda ağacları kəsən şirkət cəzalandırılıb 

Bakıda ağacları kəsən şirkət cəzalandırılıb  Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Ekologiya
6 Avqust , 2021 14:38
Bakıda ağacları kəsən şirkət cəzalandırılıb 

Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5 280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi