Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə
ETSN-dən "Report"a verilən məlumata görə, Nazirliyin, Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının, rayonların təsərrüfat xidmətləri işçilərinin, idarə, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalarda paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib.
Qeyd edək ki, ağac tingləri ETSN-nin "Azəryaşlandşaft" ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Təşkilatçılar ağacəkmə aksiyalarını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.


