Avqustun ilk günündə Bakıda 39 dərəcə isti olacaq

Avqustun ilk günündə Bakıda 39 dərəcə isti olacaq Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
31 İyul , 2015 12:44
Avqustun ilk günündə Bakıda 39 dərəcə isti olacaq

Bakı. 31 iyul. REPORT.AZ/ Həftənin şənbə günü - avqustun 1-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, gündüz cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi