Bakıda 2 dərəcə şaxta var - FAKTİKİ HAVA

Bakıda 2 dərəcə şaxta var - FAKTİKİ HAVA Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
Ekologiya
23 Noyabr , 2016 10:30
Bakıda 2 dərəcə şaxta var - FAKTİKİ HAVA

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, noyabrın 23-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.

Düşən yağıntının miqdarı Rvarudda (Lerik) 12, Ağsuda 5, Lerikdə 4, İsmayıllı, Altıağac, Qəbələdə 3, Şabran, Kişçay, Yardımlıda 2, Oğuz, Şamaxı, Xaçmaz, Nabran, Kəlvəz, Lənkəran, Astara, Qazax, Cəfərxan, Sabirabad, Kürdəmir, Göyçay, Tərtər, Bərdə, Quba, Şəki, Daşkəsəndə 1, Abşeron yarımadasında: Maştağada 3, Bakı, Ələt, Çilov adası, Neft Daşları, Binə, Sumqayıt, Montin, Pirallahıda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Altıağacda 8, Rvarud, Xınalıqda 4, Şabranda 3, Sarıbaş, İsmayıllı, Quba, Kəlvəzdə 1 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxta, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 7-11, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 13-16 dərəcə şaxta təşkil edib.

Son xəbərlər

Orphus sistemi