Bakı Şəhər İcra Hakimiyyəti ağac kəsilməsi ilə bağlı şikayəti araşdırıb

Bakı Şəhər İcra Hakimiyyəti ağac kəsilməsi ilə bağlı şikayəti araşdırıb Bakı. 13 fevral. REPORT.AZ/ Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivində qurumuş bir ağac kəsilib.
Ekologiya
64993
13 Fevral , 2019 14:51
Bakı Şəhər İcra Hakimiyyəti ağac kəsilməsi ilə bağlı şikayəti araşdırıb

Bakı. 13 fevral. REPORT.AZ/ Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivində qurumuş bir ağac kəsilib.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) "Report"a verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivində qurumuş 1 ağacın kəsilməsi ilə əlaqədar BŞİH-nin “Qaynar xətt”inə müraciət daxil olub. 

Müraciətdən sonra İcra Hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivindəki əraziyə baxış keçirib və həqiqətən də qurumuş 1 ağacın kəsilməsi faktı aşkarlanıb.

Faktla bağlı müvafiq araşdırma aparıldıqdan sonra həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən orada yeni ağaclar əkilib. 

Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.

Son xəbərlər

Orphus sistemi