Yuxarı
    Bağlamaq

    Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı açıqlanıb

    Şimal-qərb küləyi əsib, bəzi rayonlarda 20-28 m/s-dək güclənib

    Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanda martın 29-u gündüzdən 30-u səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, martın 30-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. 

    Şimal-qərb küləyi əsib, bəzi rayonlarda 20-28 m/s-dək güclənib.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-24, Böyük Qafqazda 3-32, Mərkəzi Aran rayonlarında 5-15, Lənkəran-Astara zonasında 1-4, Naxçıvan MR-da 1-2, Kiçik Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-8 mm təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi