​Bakı şəhəri üzrə yaranan təhlükəli istehsalat tullantılarının həcmi açıqlanıb

​Bakı şəhəri üzrə yaranan təhlükəli istehsalat tullantılarının həcmi açıqlanıb Təhlükəli istehsalat tullantılarının yaranması 2009-cu ildən etibarən artmağa başlayıb
Ekologiya
20 İyun , 2016 20:28
​Bakı şəhəri üzrə yaranan təhlükəli istehsalat tullantılarının həcmi açıqlanıb

Bakı. 20 iyun. REPORT.AZ/ Bakı şəhəri üzrə 2014-cü ilin sonunadək 383,6 ton təhlükəli istehsalat tullantıları yaranıb.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, həmin il təhlükəli istehsalat tullantılarından 0,5 min tonu istifadə edilib. Təhlükəli istehsalat tullantılarının yaranması 2009-cu ildən etibarən artmağa başlayıb. Belə ki, həmin il 130,1 min ton təhlükəli tullantı yaranıb ki, ondan 18,4 min tonu istifadə edilib. 1995-ci ildə 21,7 min ton, 2002-ci ildən 2007-ci ilədək 6,4, və 5,2 min ton civarında təhlükəli tullantılar yaranıb.

Son illərdə isə təhlükəli istehsalat tullantıları artsa da, onlardan istifadə halları azalıb. 2011-ci ildə 3,3, 2012-ci ildə 6,3, 2013-cü ildə isə 0,6 min ton təhlükəli istehsalat tullantılardan istifadə olunub. 

Son xəbərlər

Orphus sistemi