Bakı rayonlarının yaşıllaşma reytinqi müəyyən edilib - SİYAHI

Bakı rayonlarının yaşıllaşma reytinqi müəyyən edilib - SİYAHI Ötən ilin sonunda Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda “Yaşıl guşələr”in yaradılması təşəbbüsünü irəli sürmüşdü. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə ictimai iaşə, ticarət, ofis binaları, müəssisə və digər obyektlərin qarşısında “Yaşıl guşələr” yaratmağı tövsiyə edilib və bununla bağlı müvafiq sərəncam imzalanıb. İri meqapolislərin yaşıllaşdırılması işində uğur qazanmış şəhərlərin təcrübəsi göstərir ki, sahibkarlar, müəssisə rəhbərləri və ayrı-ayrı vətəndaşlar birgə iş prosesində belə təşəbbüslərə qoşulduqda çox yaxşı nəticələr əldə edilə bilər.
Ekologiya
31 Yanvar , 2020 12:24
Bakı rayonlarının yaşıllaşma reytinqi müəyyən edilib - SİYAHI

Ötən ilin sonunda Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda “Yaşıl guşələr”in yaradılması təşəbbüsünü irəli sürmüşdü. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə ictimai iaşə, ticarət, ofis binaları, müəssisə və digər obyektlərin qarşısında “Yaşıl guşələr” yaratmağı tövsiyə edilib və bununla bağlı müvafiq sərəncam imzalanıb. İri meqapolislərin yaşıllaşdırılması işində uğur qazanmış şəhərlərin təcrübəsi göstərir ki, sahibkarlar, müəssisə rəhbərləri və ayrı-ayrı vətəndaşlar birgə iş prosesində belə təşəbbüslərə qoşulduqda çox yaxşı nəticələr əldə edilə bilər.

“Yaşıl Bakı” Təşəbbüs Qrupundan "Report"a bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin ekoloji təşəbbüsünə çox sayda obyekt sahibləri, müəssisə rəhbərləri səs verdi və qısa vaxt ərzində paytaxtın yaşıllaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilib. Eyni zamanda bu təşəbbüsə bir sıra ictimai təşkilatlar da qoşulublar.

 Səbail rayonu
Səbail rayonu

Belə ki, “Yaşıl Bakı” Təşəbbüs Qrupu Bakı şəhərinin yeddi mərkəzi rayonunda aparılan monitorinqlərin nəticələrinə əsasən buradakı müxtəlif obyekt və idarələrin qarşısında yaradılmış ən yaxşı və ən pis “Yaşıl guşələr”in reytinqini tərtib edib. Təşəbbüs qrupundan verilən məlumata görə, reytinqə Xətai rayonu liderlik edir, siyahıda sonrakı yerləri Nərimanov və Səbail rayonları tuturlar:

Xətai rayonu
Xətai rayonu

"Reytinq siyahısında sonuncu yeri Nəsimi rayonu tutub. Yasamal rayonunda da yaşıllaşdırma işləri qənaətbəxş deyil".

Nəsimi rayonu
Nəsimi rayonu

“Yaşıl Bakı” Təşəbbüs qrupu tərəfindən reytinqdə birinci və son yerləri tutan obyektlərin fotolarını da təqdim edilib.

 Nərimanov rayonu
Nərimanov rayonu

“Paytaxtda “Yaşıl guşələr”in yaradılması və onlara qulluq göstərilməsi təkcə dövlət orqanlarının deyil, həm də öz şəhərini sevən hər bir insanın işi olmalıdır. obyektin fəaliyyətindən böyük pullar qazanan, lakin obyektin yerləşdiyi ətraf ərazinin abadlaşdırılması və yaşıllaşdırılması məsələsinə biganə qalaraq laqeyd münasibət göstərən məsuliyyətsiz iş adamları və müəssisə rəhbərləri barədə ictimaiyyətə vaxtaşırı məlumat verilməsini özümüzə borc bilirik. 

Yasamal rayonu
Yasamal rayonu

Hal-hazırda ictimaiyyətə təqdim etmək üçün bu obyektlərin həqiqi sahiblərinin adları dəqiqləşdirilir. Əgər hər birimiz bir ağac əksək, yaşıl guşə yaratsaq, ya da yaşıllıqlara lazımı qulluq göstərsək bu zaman şəhərimiz daha da yaşıllaşacaq və gözəlləşəcək” - “Yaşıl Bakı” Təşəbbüs Qrupundan "Report"a daxil olan açıqlamada bildirilib.

Son xəbərlər

Orphus sistemi