Yuxarı

Direktor: “Badamdardakı sürüşmə ərazisində müvəqqəti kanalizasiya xətti çəkiləcək”

Badamdardakı sürüşmə ərazisində müvəqqəti kanalizasiya xətti çəkiləcək

“Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində müvəqqəti kanalizasiya xətti çəkiləcək”.

Bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev deyib.

Onun sözlərinə görə, ərazidə yuxarı hissədə olan yamaclar kəsilib və terraslar yaradılır:

“Lakin son günlər yağış yağdığına görə ağır texnikanın işləməsi orada tərpənmələrə səbəb oldu. Ona görə də ərazidə işlər müvəqqəti dayandırılıb”.

Y.Nağıyev qeyd edib ki, hadisə yerinə baxış üçün yapon mütəxəssislər gəlib:

“Artıq əraziyə baxış keçirilib. Havalar stabilləşsə, ərazidə müvəqqəti kanalizasiya xətti çəkiləcək, oradakı quyular hərəkətə gətiriləcək ki, su bir az yığılsın. Bundan sonra işlər davam edəcək. Hesab edirəm ki, bütün bu işlər, təxminən, bir həftəyə tam hazır olacaq”.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi