Yuxarı

Nazirlik: Badamdardakı uçqun ərazisində yeni təhlükə yoxdur - FOTO - VİDEO

Badamdarda torpaq uçqunu olan ərazidə yeni təhlükə yoxdur

366

© Report

“Ötən gün Badamdar qəsəbəsində baş verən torpaq uçqununa səbəb antropogen amillərdir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hadisə yerinə səhər saatlarında özünün iştirakı ilə baxış keçirilib: “Texnogen fəaliyyətin təsiri səbəbindən baş verən uçqunun uzunluğu təxminən 20 metrə yaxındır”.

Nazirlik rəsmisi bildirib ki, uçqun kütləsi ərazidə yolu örtüb: “Ərazidə yerləşən bir ev uçqun zamanı deformasiyaya uğrayıb. Həmin yerdə hazırda heç bir yeni təhlükə yoxdur”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev isə “Report”a açıqlamasında deyib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış keçirilir: “Məsələ ilə əlaqədar araşdırmalar aparılır. Topoqraf geoloqların rəyindən sonra işlərin hansı formada görülməsi müəyyənləşəcək. Bu işlər bir-iki günə yekunlaşacaq. Bundan sonra da uçqun kütləsinin yığışdırılıb-yığışdırılmaması, yaxud da hansı əraziyə daşınması barədə qərar qəbul ediləcək. Hazırda orada hər hansı bir təhlükə yoxdur”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi