Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb Ayrı-ayrı rayonlarında yağış yağacağı gözlənilir
Ekologiya
27 Oktyabr , 2014 14:05
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bakı. 27 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

“Report” Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında isə gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi