​Azərbaycanda bitki mühafizə vasitələrinin istehsalına xüsusi razılıq verilməsi üçün əlavə tələblər müəyyənləşib

​Azərbaycanda bitki mühafizə vasitələrinin istehsalına xüsusi razılıq verilməsi üçün əlavə tələblər müəyyənləşib Bununla bağlı Artur Rasizadə qərar imzalayıb
Ekologiya
10 Oktyabr , 2014 10:09
​Azərbaycanda bitki mühafizə vasitələrinin istehsalına xüsusi razılıq verilməsi üçün əlavə tələblər müəyyənləşib
Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"də dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

“Report”un məlumatına görə, bu dəyişiklik bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlərin qoyulmasından ibarətdir.

Yeni şərtlərlə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı üçün ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olan istehsal sahələrinin, müasir texnoloji və texniki avadanlıqların və xüsusi nəqliyyat vasitələrinin olması barədə sənədlərin surətinin, lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların keyfiyyətinin standartlara və normalara uyğunluğunu yoxlamaq üçün ərizəçiyə məxsus akkreditasiyadan keçmiş laboratoriyanın mövcudluğu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş akkreditasiya attestatının və ya həmin tələblərə cavab verən laboratoriya ilə bağlanılmış müqavilənin surətinin təqdim edilməsi tələb olunur.

Bundan əlavə, işçilərin xüsusi geyimi, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə də məlumat verilməlidir. İdxal zamanı lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların satışadək müvəqqəti saxlanılması üçün anbarın (sahənin) ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədin surətinin, saxlanılması üçün sahənin fitosanitar vəziyyəti barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyinin təqdim edilməsi zəruridir.

"Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"də dəyişikdə malların satışının həyata keçirildiyi ünvanlar barədə məlumat, satış mərkəzlərinin (yerlərinin) ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədin surəti göstərilməlidir. Lisenziyalaşdırılan fəaliyyət növünün predmeti olan malların bilavasitə satışını həyata keçirən şəxslərin bu sahədə ən azı iki il iş təcrübəsinə və aqronomluq, bitki mühafizəsi, kimyaçı-texnoloq ixtisaslarından biri üzrə ali və ya orta ixtisas təhsilinə malik olduqlarını, yaxud əlavə təhsil almalarını təsdiq edən sənədlərin surəti də dəyişiklikdə əksini tapıb.

Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin saxlanılması üçün anbarın yerləşdiyi ərazinin, onun əhatə etdiyi sahənin (yerin) planlarının və anbarın çertyojunun surətləri və toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti də tələb olunan sənədlər sırasındadır.

Son xəbərlər

Orphus sistemi