"Azəryaşlandşaft" ASC-nin sədri: "Bu il 16 500 zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb"

"Azəryaşlandşaft" ASC-nin sədri: "Bu il 16 500 zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb" Bakı. 18 may. REPORT.AZ/ 2018-ci ilin 4 ayı ərzində 35 hektar ərazidə 16 500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb.
Ekologiya
18 May , 2018 11:16
Azəryaşlandşaft ASC-nin sədri: Bu il 16 500 zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ "2018-ci ilin 4 ayı ərzində 35 hektar ərazidə 16 500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb".

"Report" xəbər verir ki, bunu "Azəryaşlandşaft" ASC-nin sədri Ramik Əşrəfov nazirlikdə keçirilən Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti və cəmiyyət tərəfindən salınan yaşıllıqlar mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilir: "Son illər xaricdən ting və toxum almırıq".

R.Əşrəfov qeyd edib ki, 2018-2021-ci illər ərzində 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur: "Hazırda tinglik sahələrində 2 535 870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 2018-ci ilin payızında isə 921 000 ədəd meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub".

O xatırladıb ki, 2008-ci ildən bu günədək ölkənin magistral avtomobil yollarının ətrafında 4443 hektar ərzində 5 439 580 ədəd müxtəlif cinsli ağac əkilib.

Son xəbərlər

Orphus sistemi