Azərbaycanla Türkiyə meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Türkiyə meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlıq edəcək Gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub
Ekologiya
17 Mart , 2021 18:18
Azərbaycanla Türkiyə meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlıq edəcək

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə meşələrin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişmələri təsirlərinin azaldılması, hidrometeorologiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin görüş çərçivəsində iki nazirlik arasında meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun tətbiqinə dair İkiillik (2021-2023-cü illər) İş Proqramları imzalanıb.

Son xəbərlər

Orphus sistemi