Azərbaycanla Türkiyə arasında seysmoloji məlumatların mübadiləsinə dair memorandum imzalanıb

Azərbaycanla Türkiyə arasında seysmoloji məlumatların mübadiləsinə dair memorandum imzalanıb Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə Respublikasının Baş Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarəetmə İdarəsinin təşkilatçılığı ilə Ankarada yaxın və qonşu ölkələrin seysmoloji mərkəzləri ilə birgə “Real Zamanda Seysmoloji Məlumatların Mübadiləsi” adlı imzalanma mərasimi keçirilib. İmzalanma mərasimində Türkiyəyə qonşu olan 6 ölkənin nümayəndələri iştirak ediblər.
Ekologiya
5 Mart , 2018 14:03
Azərbaycanla Türkiyə arasında seysmoloji məlumatların mübadiləsinə dair memorandum imzalanıb

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə Respublikasının Baş Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarəetmə İdarəsinin təşkilatçılığı ilə Ankarada yaxın və qonşu ölkələrin seysmoloji mərkəzləri ilə birgə “Real Zamanda Seysmoloji Məlumatların Mübadiləsi” adlı imzalanma mərasimi keçirilib. İmzalanma mərasimində Türkiyəyə qonşu olan 6 ölkənin nümayəndələri iştirak ediblər.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən bildirilib. 

Məlumata görə, ölkəmizi tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və elmi məsələlər üzrə baş direktorun müavini vəzifəsini icra edən, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rauf Muradov təmsil ediblər. Mərasimdə, həmçinin Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınmış məlumatların emalına dair təqdimat nümayiş etdirilib. Müzakirələrin nəticəsi olaraq Türkiyə Respublikası Baş Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarəetmə İdarəsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında “Real Zamanda Seysmoloji Məlumatların Mübadiləsi”nə dair memorandum imzalanıb. Sənədi Türkiyə tərəfdən baş nazirin müavini Rəcəb Akdağ, Azərbaycan tərəfdən isə RSXM-in baş direktoru Qurban Yetirmişli imzalayıblar.

Qeyd edək ki, imzalanmış memorandum çərçivəsində Azərbaycan seysmoloqları və Türkiyə Fəlakət və Fövqəladə Halların İdarəetmə İdarəsi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçiriləcək.



Son xəbərlər

Orphus sistemi