Yuxarı

Nazir müavini: “Azərbaycanla Hindistan arasında ətraf mühitin qorunması ilə bağlı memorandum imzalanıb”

Azərbaycanla Hindistan ətraf mühiti birgə qoruyacaq

“Azərbaycan və Hindistanın iş adamlarının iştirakı ilə keçirilən biznes dialoqları, sərgilər iki ölkənin investorlarını biznes mühitini öyrənməyə həvəsləndirir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Hindistan biznes simpoziumunda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev deyib.

Xatırladaq ki, Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının yerli həmsədri nazir Muxtar Babayevdir.

Komissiyanın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün mühüm rol oynadığını qeyd edən N.Quliyev bu günə qədər 5 iclas keçirdiklərini bildirib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanla Hindistan arasında ətraf mühitin qorunması ilə bağlı memorandum imzalanıb və hazırda bu sənədə qarşı tərəf baxır.

Qeyd edək ki, bu ilin 9 ayında Azərbaycanın Hindistanla ticarət dövriyyəsinin dəyəri 929 milyon ABŞ dollarına yaxın olub. Hazırda ölkəmizdə Hindistan kapitallı 170 şirkət fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi