Azərbaycanla Bolqarıstan arasında ikiillik proqram qəbul olunub

Azərbaycanla Bolqarıstan arasında ikiillik proqram qəbul olunub Hüseyn Bağırovla Bolqarıstanın ətraf mühit və su naziri arasında görüş keçirilib
Ekologiya
18 Noyabr , 2015 17:02
Azərbaycanla Bolqarıstan arasında ikiillik proqram qəbul olunub

Bakı. 18 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikasının ətraf mühit və su naziri xanım İvelina Vasileva arasında rəsmi görüş keçirilib. Bu barədə "Report"a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun həyata keçirilməsi üzrə 2016 və 2017-ci illəri əhatə edən ikiillik Proqram qəbul olunub.

Proqram biomüxtəlifliyin qorunması və onun qorunması üçün strateji planların işlənib hazırlanması məqsədi ilə qabaqcıl təcrübə və praktika mübadiləsi, mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi, onların davamlı istifadəsi və mühafizə olunan təbiət ərazilərində fəaliyyətlər, ətraf mühitə təsirin qiymətləndirilməsi, qlobal iqlim dəyişmələri və hidrometeorologiya, ozon qatının qorunması, torpaqların ekoloji vəziyyətinin qorunması, transsərhəd su və hava çirklənmələri, tullantıların idarə edilməsi, suyun çirklənmədən mühafizəsi və su ehtiyatlarının idarə edilməsi sahələrini əhatə edir.

Daha sonra ikitərəfli görüş zamanı Azərbaycan ilə Bolqarıstan respublikaları arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, biomüxtəlifliyin mühafizəsi, ətraf mühitin monitorinqi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələri problemləri üzrə məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi