Azərbaycanın təkrar emal müəssisələri ETSN-in plastik tullantıların idarə edilməsi təşəbbüsünə qoşulub

Azərbaycanın təkrar emal müəssisələri ETSN-in plastik tullantıların idarə edilməsi təşəbbüsünə qoşulub Bakı. 14 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların təkrar emalı ilə məşğul olan “Azərsun Holdinq”, “Metak”, “Azekol” şirkətlərinin və “Təmiz Şəhər” ASC-nin nümayəndələri ilə görüş keçirilib.
Ekologiya
14 İyun , 2018 18:22
Azərbaycanın təkrar emal müəssisələri ETSN-in plastik tullantıların idarə edilməsi təşəbbüsünə qoşulub

Bakı. 14 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların təkrar emalı ilə məşğul olan “Azərsun Holdinq”, “Metak”, “Azekol” şirkətlərinin və “Təmiz Şəhər” ASC-nin nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə plastik tullantıların idarə olunması, ətraf mühitə təsirlərinin azaldılması, çeşidlənməsi, təkrar emalı və mövcud vəziyyətdən çıxış yolları istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib. 

ETSN-in təşəbbüsü ilə plastik tullantıların toplanması məqsədilə sifariş verilmiş xüsusi konteynerlərin Bakı şəhərindəki bir çox parklarda yerləşdirildiyi şirkət nümayəndələrinin diqqətinə çatdırılıb. Şirkət nümayəndələri Nazirliyin bu təşəbbüsünə qoşularaq dəstək nümayiş etdirdiklərini, birgə təxirəsalınmaz tədbirlərin və bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Yekunda plastik tullantıların ətraf mühitə yaratdığı problemlərin sivil yollarla aradan qaldırılması məqsədilə birgə tədbirlərin görülməsi barədə razılığa gəlinib.

ETSN hər kəsi plastik tullantıların idarə edilməsi işinə dəstək olmağa, onlardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə öz töhfələrini verməyə çağırır.

Son xəbərlər

Orphus sistemi