Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir

Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir Milli parkların əhali üçün daha əlçatan və maraqlı olması üçün davamlı tədbirlər görülür.
Ekologiya
22 May , 2019 16:02
Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir

"Milli parkların əhali üçün daha əlçatan və maraqlı olması üçün davamlı tədbirlər görülür".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bütün milli parklarda müxtəlif yaş və çətinlik kateqoriyasına uyğun marşrutlar fəaliyyət göstərir: "Bu da əhalinin, turistlərin, uşaq və gənclərin asudə vaxtlarını daha səmərəli və təbiət qoynunda keçirmələrinə xidmət edir".

İ.İbrahimova bildirib ki, son bir il ərzində aparılan tədbirlər nəticəsində milli parklarda uşaqlar və gənclər üçün maraqlı əyləncə və məlumat meydançalarının yaradılmasına nail olunub: "Milli park ərazilərinin bəzilərində innovativ tipli, yəni müxtəlif məlumatların innovativ üsullarla alınması yolu ilə, bəzilərində sırf məntiqi, təbiətlə bağlı oyunların, bəzilərində informativ, əyləncə tipli lövhə və guşələrin hazırlanması işləri aparılıb. Bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir və ziyarətçilər giriş haqqından azaddırlar. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməklə insanların istirahətlərini xoş keçirmələrinə şərait yaratmaqdır".

Son xəbərlər

Orphus sistemi