Azərbaycanın cənub bölgəsində güclü yağış yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcək

Azərbaycanın cənub bölgəsində güclü yağış yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
Ekologiya
16 Noyabr , 2015 12:48
Azərbaycanın cənub bölgəsində güclü yağış yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi