Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq

Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq Bakı və Abşeron yarımadasında 9 dərəcə isti olacaq
Ekologiya
8 Yanvar , 2016 12:46
Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, səhər paytaxtın və yarımadanın bəzi yerlərində zəif duman olacaq, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcə şaxtadan 5 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan, 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi