Azərbaycanın baş hidroloqu: “Kür çayının səviyyəsi 14 santimetr azalıb”

Azərbaycanın baş hidroloqu: “Kür çayının səviyyəsi 14 santimetr azalıb” “Yaxın günlərdə ölkə ərazisində daşqın və sel təhlükəsi gözlənilmir”
Ekologiya
9 Avqust , 2016 13:18
Azərbaycanın baş hidroloqu: “Kür çayının səviyyəsi 14 santimetr azalıb”

Bakı. 9 avqust. REPORT.AZ/ “Azərbaycanda Kür çayının səviyyəsi 14 santimetr azalıb”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda yağmursuz və nisbətən isti hava şəraiti müşahidə olunur: “Bununla əlaqədər respubilkanın daxili çaylarında, o cümlədən transsərhəd çaylarında, Kür, Qanıx, Arazda azalma müşahidə olunub. Kür çayının yuxarı hissəsində, Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 14 santimetr, Kürün aşağı hissələrində də Zərdab, Sabirabadda 2-4 santimetr azalma müşahidə olunub”.

Baş hidroloqun sözlərinə görə, ölkə ərazisində yağmursuz və isti hava şəraitinin davam etməsi ilə çaylarda sululuğun səviyyəsində azalma davam edəcək: “Hazırda suyun səviyyəsinin qalxmasından və daşqınlardan söhbət gedə bilməz, çünki ölkə ərazisində yağmursuz və isti hava şəraiti müşahidə olunur. Əgər hava şəraitinində dəyişiklik olarsa, hazırda müşahidə olunan hava yağış və intensiv yağışla əvəz olunarsa, daşqınlar ola bilər. Belə halda isə əhaliyə əvvəlcədən xəbərdarlıq olunacaq”.

A.Verdiyev qeyde edib ki, əvvəlki illərdə avqust ayında ölkə ərazisində sel təhlükəsi müşahidə olunub: “Amma yaxın günlər ərzində Azərbaycanda sel təhlükəsi gözlənilmir. Əgər hava şəraitində dəyişiklik olarsa, leysan yağışları yağarsa, bu təhlükənin olması mümkündür”.

Ölkədə hazırda müşahidə olunan hava şəraitinə münasibət bildirən baş hidroloq bildirib ki, 40-42 dərəcə istilik yay fəsli üçün xarakterikdir: “Azərbaycanda əvvəlki illər bundan da isti temperatur müşahidə olunub. Yaxın iki-üç gün ərzində ölkə ərazisində isti və yağmursuz hava şəraiti davam edəcək”.

Son xəbərlər

Orphus sistemi