​Azərbaycanda zəlzələlərin başvermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb

​Azərbaycanda zəlzələlərin başvermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb AMEA 70 illik yubileyini qeyd etməyə hazırlaşır
Ekologiya
24 Dekabr , 2014 11:42
​Azərbaycanda zəlzələlərin başvermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ İlk dəfə Azərbaycan Respublikası ərazisinə məxsus coğrafi uzlaşdırılmış tektonik rayonlaşdırma, minerageniya, palçıq vulkanlarının məkanca paylanması və güclü zəlzələlərin başvermə mümükünlüyü üzrə zonaların xəritələri işlənib hazırlanıb.

"Report" xəbər verir ki,bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat zamanı institutun elmi işlәr üzrә direktor müavini, geologiya-mineralogiya elmlәri doktoru Dadaş Hüseynov bildirib.

Geniş mәruzә ilә çıxış edәn alim xatırladıb ki, AMEA 70 illik yubileyini qeyd etməyə hazırlaşır: "Bu yubiley Azərbaycan elminin həm Sovet dövründə, həm də Azərbaycanın müstəqillik illərində əldə etdiyi böyük nailiyyətlərin əyani sübutudur".
O qeyd edib ki, hesabat ili AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər ilə əlamətdar olub: "İyun ayında keçirilən seçkilərdən sonra AMEA-nın həqiqi üzvlərinin sayı 26, müxbir üzvləri isə 50 nəfər artıb.

GGİ-nin əməkdaşları arasından 2 həqiqi üzv, 3 müxbir üzvün seçilməsi institutun elmdəki xidmətinə verilən böyük qiymətdir. Cari il İnstitutda 5 problem üzrə 15 mövzuda 25 elmi tədqiqat işi aparılıb. Ümumən 12 elmi tədqiqat işi başa çatdırılıb, 2 mühüm elmi nəticə əldə edilib. Həmçinin, 7 qrant layihəsinin icrası tamamlanıb, 9 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi