Azərbaycanda yeni növ ilan peyda olub - FOTO

Azərbaycanda yeni növ ilan peyda olub - FOTO Gürzələr fəsiləsindən olan ilan Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb
Ekologiya
13 Noyabr , 2015 11:25
Azərbaycanda yeni növ ilan peyda olub - FOTO

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, gürzələr (viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib. Bu barədə “Report”a AMEA-nın Zoologiya İnstitutundan məlumat verilib.
Məlumata görə, yeni ilan növü AMEA Zoologiya İnstitutu, Herpetologiya laboratoriyasının əməkdaşlarının Quba-Xaçmaz zonasının herpetofaunası üzrə apardıqları tədqiqatlar zamanı tapılıb.
Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi şəhəri ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhəddinə qədər uzanan kserofit dağlıq ərazilərini (dəniz səviyyəsindən hündürlüyü 1000-2500 m) əhatə edir. Lotiyev başıqalxanlısının Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi