Bakı. 17 sentyabr. REPORT.AZ/ Sabah Bakıda 27 dərəcə isti olacaq. Bu barədə "Report"a
Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Mülayim-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.