Sabahdan Azərbaycanda yağışlar başlayır

Sabahdan Azərbaycanda yağışlar başlayır Rayonlarda sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir
Ekologiya
22 Dekabr , 2014 12:34
Sabahdan Azərbaycanda yağışlar başlayır

Bakı. 22 dekabr. REPORT.AZ/ Sabaha - dekabrın 23-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Sabaha Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcədan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi