Yuxarı
    Bağlamaq

    Azərbaycanda vulkan püskürməsi baş verib

    Hazırda vulkan aktivliyi baş verən ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır

    Bakı. 2 may. REPORT.AZ/ Bu gün səhər saat 08 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

    Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

    Hazırda vulkan aktivliyi baş verən ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.

    Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə, dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.

    Qeyd edək ki, sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi