Muxtar Babayev: "Özəl zooparklarda və restoranlarda zədəli heyvanlar saxlanılır"

Muxtar Babayev: "Özəl zooparklarda və restoranlarda zədəli heyvanlar saxlanılır" "Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində heyvanların saxlanması üçün daha rahat şərait yaratmaq və mövcud infrastrukturu yaxşılaşdırmaq nəzərdə tutulur. Heyvanlar üçün yenidən təbii yaşayış arealı yaratmaq üçün ərazini
Ekologiya
7 İyun , 2021 12:22
Muxtar Babayev: Özəl zooparklarda və restoranlarda zədəli heyvanlar saxlanılır
Muxtar Babayev

"Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində heyvanların saxlanması üçün daha rahat şərait yaratmaq və mövcud infrastrukturu yaxşılaşdırmaq nəzərdə tutulur. Heyvanlar üçün yenidən təbii yaşayış arealı yaratmaq üçün ərazini meşəyə qədər genişləndirərək buna nail olmaq mümkündür".

Bu fikirləri "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir ixtisaslı mütəxəssislərin cəlb edilməsi istiqamətində də çalışacaqlarını bildirib: "Çünki bu cür heyvanlarla mütəxəssislər işləməlidirlər. Heyvanların reabilitasiya mərkəzində saxlanılmaları və sonradan vəhşi təbiətə buraxılmaları ilə bağlı qərar verə bilərlər. Buna görə də iki istiqamət - infrastrukturun inkişafı və eyni vaxtda mütəxəssislərin cəlb edilməsi üzrə çalışmaq çox vacibdir. Bu məsələdə təbiətin mühafizəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çox kömək edir”.

M.Babayev qonşu ölkələrin Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə müvafiq töhfə verə biləcəklərinə də diqqət çəkib: "Çünki bura regional mərkəz olduğundan bilik və təcrübələrimizi bölüşə, mərkəzin fəaliyyətini yaxşılaşdırmaq üçün birlikdə işləyə bilərik. Bu gün burada ayı, kərkəs, qartal və digər quşlar, eyni zamanda müəyyən zədələri olan heyvanlar saxlanılır. Həmin heyvanlar da əsasən özəl zooparklarda və restoranlarda saxlanılıb. Mərkəzdə qanunsuz olaraq əhilləşdirilən heyvanlar və quşlar reabilitasiya dövründən keçir və təbii şəraitə öyrəşdirilir, sonra sərbəst buraxılırlar. Əgər onlar dərhal vəhşi təbiətə buraxılsa, yemək axtarmaq məqsədilə kəndlərə gedəcək və bu da mülki əhali üçün riskdir. Təəssüf ki, ölkəmizdə heyvanlara çox ehtiyatla yanaşılır, onlar təhdid olaraq görülür. Hesab edirəm ki, bu məsələdə maarifləndirmə mühüm rol oynayır”.

Son xəbərlər

Orphus sistemi