Azərbaycanda tullantıların həcmi 8% azalıb

Azərbaycanda tullantıların həcmi 8% azalıb Bakı. 24 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarında 2 775,5 min ton və yaxud əvvəlki illə müqayisədə 8,1% az tullantı əmələ gəlib və onların 56,8%-ni bərk məişət tullantıları, 43,2%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
Ekologiya
24 Aprel , 2018 10:23
Azərbaycanda tullantıların həcmi 8% azalıb

Bakı. 24 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarında 2 775,5 min ton və yaxud əvvəlki illə müqayisədə 8,1% az tullantı əmələ gəlib və onların 56,8%-ni bərk məişət tullantıları, 43,2%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. 

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə. ötən il yaranmış 1576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5%-i ölkə daxilində satılmış, 66,1%i isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 170,3 mln. kVt saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 65,8%-ni təşkil edir.

Sənayedə və digər sahələrdə təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 25,7%-i, o cümlədən 24,1%-i yeni məhsul alınması, 1,6%-i isə digər məqsədlər üçün müəssisə daxilində istifadə edilmiş, 11,2%-i ölkə daxilində satılıb, 0,5%-i ixrac olunub, 10,9%-i zibilxanalara atılıb, 51,7%-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 208,3 min ton və ya əvvəlki illə müqayisədə 3 dəfə az təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 7,5% olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 57,0 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların böyük hissəsi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların 83,9%-i Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.

Son xəbərlər

Orphus sistemi