Azərbaycanda təhlükəli tullantıların miqdarı açıqlanıb

Azərbaycanda təhlükəli tullantıların miqdarı açıqlanıb Ötən il 262,6 min ton təhlükəli tullantı yaranıb
Ekologiya
30 Avqust , 2016 14:18
Azərbaycanda təhlükəli tullantıların miqdarı açıqlanıb

Bakı. 30 avqust. REPORT.AZ/ Ötən il Azərbaycanda 262,6 min ton təhlükəli tullantı yaranıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu rəqəm 2014-cü illə (456,6 min ton) müqayisədə azalsa da, 2010-cu ildəki göstəricidən (140 min ton) artıq olub.

Ötən il istifadə edilən təhlükəli tullantıların miqdarı 5,2 min, zərərsizləşdirilən tullantıların miqdarı isə 210,9 min ton olub.

İlin sonuna qeydə alınan təhlükəli tullantıların miqdarı 1703,2 min ton olub.

Son xəbərlər

Orphus sistemi