Azərbaycanda şimal-qərb küləyinin mülayimləşəcəyi vaxt açıqlanıb

Azərbaycanda şimal-qərb küləyinin mülayimləşəcəyi vaxt açıqlanıb Bakıda və Abşeron yarımadasında gecəyə doğru yağış yağacağı gözlənilir
Ekologiya
251
22 Aprel , 2015 12:43
Azərbaycanda şimal-qərb küləyinin mülayimləşəcəyi vaxt açıqlanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 23-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi