Bakı. 8 avqust. REPORT.AZ/ Sabah - avqustun 9-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Havanın temperaturu gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq. Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.