Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir
Ekologiya
26 Dekabr , 2016 12:30
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gecəyə doğru isə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz mülayim  cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-65 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli yağıntı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi