Yuxarı
    Bağlamaq

    Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

    Nisbi rütubət 45-55% olacaq

    Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraiti günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir. 

    Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-55% olacaq.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti Yağmursuz. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək .

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi