Sabah bəzi rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Sabah bəzi rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
17 Mart , 2017 12:21
Sabah bəzi rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi