Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında 19 dərəcə isti olacaq
Ekologiya
14 Oktyabr , 2015 12:57
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az yağış yağacağı gözlənilir, günün ikinci yarısında dəyişkən buludlu olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 16-19, Bakıda isə gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi