Yuxarı
    Bağlamaq

    Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

    İsti hava şəraiti davam edəcək

    Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraiti dəyişkən buludlu və yağmursuz olacaq.

    Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 22-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.

    Nisbi rütubət 45-55% olacaq.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi