Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb Yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək
Ekologiya
24 Noyabr , 2014 13:02
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda sabaha - noyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin davam edəcəyi, soyuq olacağı, arabir yağış yağacağı ehtimal edilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə isə duman olacaq. Havanın temperaturunun gecə 1-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 2-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

G.Məmmədova qeyd edib ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub.

Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi