Yuxarı
    Bağlamaq

    Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

    Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir

    Bakı. 3 noyabr. REPORT.AZ/ Sabah – noyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturunun gecə 2-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında isə hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi