Azərbaycanda Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib

Azərbaycanda Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 12-13-də Azərbaycanda ilk dəfə Qlobal Ekologiya Fondunun (QEF) Milli Dialoq seminarı keçirilib.
Ekologiya
13 Noyabr , 2018 18:25
Azərbaycanda Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 12-13-də Azərbaycanda ilk dəfə Qlobal Ekologiya Fondunun (QEF) Milli Dialoq seminarı keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, QEF-in ölkələrə dəstək proqramı çərçivəsində təşkil olunan seminarda ETSN, həmçinin digər aidiyyəti dövlət qurumları, IDEA İctimai Birliyi, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Almaniya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Dünya Vəhşi Təbiət Fondu və digər qeyri-hökumət təşkilatları iştirak edib.

Seminarın keçirilməsində məqsəd QEF-in dəstəyi ilə ölkədə Fondun istiqamətlərinə uyğun fəaliyyətlərin müəyyən olunmasıdır.

Son xəbərlər

Orphus sistemi