Azərbaycanda qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət açıqlanıb

Azərbaycanda qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət açıqlanıb Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
11 Aprel , 2015 12:39
Azərbaycanda qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət açıqlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Aprelin 12-də Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə yağışda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Baş hidroloq onu da qeyd edib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 14-nə qədər davam edəcək. 

Son xəbərlər

Orphus sistemi