Yuxarı

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Bəzi yerlərdə leysan xarakterli yağış yağacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanda qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, avqustun 27-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi