Yuxarı

Azərbaycanda qar yağacaq, güclü külək əsəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Azərbaycanda qar yağacaq, güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli hidrometeorologiya departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir.

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 17-si gündüz qərb rayonlarından başlayaraq martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi