Azərbaycanda qar örtüyü mənzərəsini seyr etmək istəyənlər üçün yerlər açıqlanıb

Azərbaycanda qar örtüyü mənzərəsini seyr etmək istəyənlər üçün yerlər açıqlanıb Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda qar yağan ərazilərin adı açıqlanıb.
Ekologiya
29 Dekabr , 2018 11:20
Azərbaycanda qar örtüyü mənzərəsini seyr etmək istəyənlər üçün yerlər açıqlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda qar yağan ərazilərin adı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 28-dən 29-na keçən gecə ölkə ərazisində müşahidə olunan yağıntılı və nisbətən soyuq hava şəraiti nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.

Qar örtüyü mənzərəsini seyr etmək istəyənlər üçün bildirilir ki, dekabrın 29-u səhər saatlarına olan müşahidələrə görə bu gün Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14 sm, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10 sm, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9 sm, Şahdağ və Xınalıqda 12 sm, Şəki, Sarıbaşda 28-30 sm qar əmələ gəlib. Bu rayolarda hava təmiz və şaxtalıdır. 

Son xəbərlər

Orphus sistemi