Azərbaycanda qanunsuz ov edən Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb

Azərbaycanda qanunsuz ov edən Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb Bakı. 29 noyabr. REPORT.AZ/ Biləsuvar rayonu ərazisində icazəsiz ov edən Qətər vətəndaşı Khalid Abdulla Al-Tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel saxlanılıb.
Ekologiya
29 Noyabr , 2018 16:52
Azərbaycanda qanunsuz ov edən Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb
0 : 00
0 : 00

Bakı. 29 noyabr. REPORT.AZ/ Biləsuvar rayonu ərazisində icazəsiz ov edən Qətər vətəndaşı Khalid Abdulla Al-Tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel saxlanılıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan adı Azərbaycanın “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara, ümumilikdə, 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Masallı rayonunda icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi