Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb

Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb  ​İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
Ekologiya
14 Sentyabr , 2018 12:42
Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədi ilə mütəmadi reydlər keçirir.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı ölkədə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi