Azərbaycanda ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların sayı açıqlanıb

Azərbaycanda ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların sayı açıqlanıb Keçən il üçün 402 qonur ayının ovlanmasına icazə verilib
Ekologiya
5 Yanvar , 2016 11:16
Azərbaycanda ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların sayı açıqlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Keçən il Azərbaycanda ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ildə ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların ümumi sayı 146 163 baş olub.

Ovlanması üçün icazə verilən xəzli heyvanlardan sayına görə birinci yerdə çaqqal durur. Belə ki, keçən il üçün 39 146 çaqqalın ovlanmasına icazə verilib.

Sonrakı yerlərdə dovşan (33 240 baş), tülkü (19 662), canavar (17 640), qunduz (12 190), vəhşi pişiklər (7 760), porsuq (6 793), yenot (4 990), dələ (3 380), sincab (960), qonur ayı (402) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi