Azərbaycanda ov mövsümü nə vaxt açılacaq?

Azərbaycanda ov mövsümü nə vaxt açılacaq? Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.
Ekologiya
20 May , 2020 13:39
Azərbaycanda ov mövsümü nə vaxt açılacaq?

Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində 2020-2021-ci illərin ov mövsümünün açılıb-açılmaması məsələsinə Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən 31 may 2020-ci il tarixində veriləcək növbəti qərardan sonra baxılması razılığına gəlinib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, hər il may ayının sonu, ov mövsümü başlanmamışdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilir və ov obyekti olan vəhşi heyvan, quş növlərinin ovlanma müddətləri, normaları, həmçinin onların ovlanması üçün nəzərdə tutulan ov icazələrinin sayı müəyyənləşdirilir.

Qeyd edək ki, Şurada Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri təmsil olunurlar.

Arzu Səmədova
Arzu Səmədova

Son xəbərlər

Orphus sistemi