Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb Gülşad Məmmədova: “Fevralın 1-də hava şəraiti qeyri-sabit keçəcək”
Ekologiya
30 Yanvar , 2018 11:19
Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvarın 31-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu son günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək. Cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq, bəzi yerlərdə arabir güclənəcək".

Onun sözlərinə görə, fevralın ayının 1-də hava şəraiti qeyri-sabit keçəcək: "Fevralın 1-də bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Bu qısa müddətli olacaq. Fevralın 1-i axşamdan yağıntılar tədricən kəsiləcək. Fevralın 2-dən isə ölkə ərazisində hava şəraitinin yenidən sabit və gün ərazində yağmursuz keçəcəyi proqnozlaşdırılır". 

Son xəbərlər

Orphus sistemi